Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

4 və daha çox uşağı olanlar səfərbərlikdən azaddır - Rusiyada TƏŞVİŞ


Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu döyüş təcrübəsi olan, hərbi ixtisaslara malik rusların ehtiyatdan səfərbərliyə çağırılacağını bildirib. O, təxminən 300 min nəfərin səfərbər olunacağını qeyd edib. Artıq iki gündür Rusiyada hərbi komissarlıqlar qarşısında sıxlıq yaranıb.
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərliyin necə keçiriləcəyinə aydınlıq gətirib.
Nazirlik bildirib ki, ilk növbədə hərbi ixtisası olanlar - tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılırlar.
Qeyd olunub ki, həm zabit rütbəsi olanlar, həm də çavuş (serjant) və sıravilər səfərbər olunurlar. Əsas şərt döyüş təcrübəsinin olmasıdır.
Çağırışçıların sayı hərbi hissələrin kadr tələbatı ilə müəyyən edilir.
Nazirlik bəyan edib ki, Silahlı Qüvvələrdə qadınların cəlb oluna biləcəyi vəzifələr var – məsələn, tibb işçisi kimi - lakin hazırda onlara ehtiyac minimaldır.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, qanuna əsasən, qismən səfərbərliyə 35 yaşa qədər sıravi və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli  zabitlər çağırılırlar.
Nazirlik, həmçinin bildirib ki, səfərbər olunanlar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər.
Bundan əlavə, tələbələrin səfərbər olunmayacağı bildirilib.
Müdafiə sənayesi müəssisələrinin işçiləri, səhhətində problemi olan xidmətə yararsızlar, I qrup əlillərin daimi himayəsində olanlar, 16 yaşınadək dörd və daha çox uşağı olanlar da səfərbərlikdən azad olunublar.
İstefada olan və yaşı 65-i keçmiş hərbçilər də səfərbərlikdən azaddırlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də