Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Barselonadakı icmamız ermənipərəst siyasətçilərə etiraz edib


İspaniyanın Barselona şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Kataloniya parlamentinə müraciət edib.

 

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evi adından parlament rəsmilərinə və üzvlərinə ünvanlanan müraciətdə bildirilib ki, soydaşlarımız Ermənistanın təcavüzkar siyasətindən çox narahatdır. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə başlanan normallaşma prosesinə və sülh danışıqlarına Ermənistanın hər vəchlə mane olmaq istəyi açıq-aşkardır.

 

Bəyanatda Kataloniya parlamentində təmsil olunan bəzi siyasi partiya təmsilçilərinin qərəzli ermənipərəst mövqe tutmalarına sərt etiraz bildirilib. Azərbaycanın Ermənistanla möhkəm sülhün yaradılmasında maraqlı olduğunu nümayiş etdirdiyi bir vaxtda həmin parlamentarların rəsmi Bakının xoşməramlı niyyətini dəstəkləmək əvəzinə qərəzli və birtərəfli mövqe tutmasının yolverilməz olduğu nəzərə çatdırılıb.

 

“Biz bu cür bəyanatları və “təşəbbüsləri” qətiyyətlə pisləyirik. Kataloniya parlamentini əməli tədbirlər görməyə, Ermənistanın işğalçı siyasətinə, qisasçılıq ideyalarınna birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində təzyiqləri artırmağa çağırırıq”, - deyə vurğulanıb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də