Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimi döydüyü iddia olunan direktor prokurorluğa ÇAĞIRILDI


Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasov rayon prokurorluğuna çağırılıb.

 

Bu barədə direktor özü məlumat verib.

 

C.Əlabbasov ibtidai sinif müəllimi Fatma Musayevanın ondan şikayətçi olduğunu bildirib.

 

"Məni prokurorluğa çağırıblar. Hazırda oradayam. Müəllim məndən şikayət edib. İzahat yazmalı olduğumu bildirdilər", - deyə məktəb direktoru vurğulayıb.

 

Qeyd edək ki, ötən gün yerli mətbuatda Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru Cahangir Əlabbasovun həmin məktəbdə işləyən ibtidai sinif müəllimi Fatma Musayevanı döyməsi barədə xəbərlər yayılıb. 

 

Dünən Modern.az-a açıqlama verən direktor adıçəkilən müəllimi döymədiyini, onunla dərs bölgüsü ilə bağlı mübahisə etdiyini söyləyib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də