
Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.