I və ll Qarabağ savaşının fəal iştirakçısı , Vətən torpaqlarının vandal erməni işğalçılarından təmizlənməsi və azad edilməsində tankçı olaraq saysız hesabsız şücaətlər göstərmiş , Vətən uğrunda medalı ilə təltif edilmiş Rövşən Vilayət oğlu Həsənova Mingəçevir qəzeti redaksiyası böyük hörmətsizlik etdi!
Belə ki, Qazi Rövşən Həsənov bizə müraciətində qeyd edir ki, Hərbi xidməti Vəsiqəsinin itdiyini elan vermək məqsədilə yaşadığı Mingəçevir qəzeti redaksiyasına özümü təqdim edib müraciət etdim, oradan elanı yerləşdirən şöbə mənə, " 10 manat gətir , həmin elanı verək dedi. Mən isə veteranlıq 80 manat pulumu hələ almamışam ağır çətin durumdayam desəm də , onlar bunu müdiriyyətlərinin əks halda elanı yerləşdirməyəcəyini bildirdilər."
Çox təəssüflər olsun ki Vətən torpağı uğrunda canından keçən iştirakçıya bugün bucür etinasız yanaşdı Mingəçevir qəzeti redaksiyası.
İnanırıq ki Qəzet redaksiyası rəhbərliyi bu baş verənlərə bu ictimailəşmədən sonra vicdanı sızıldayıb bir reaksiya verəcək!
Rovsan Hasanov,
Xəyyam Qurbanlı