Xəbər verdiyimiz kimi, Qazax rayonunda iki uşağı ildırım vurub. Hadisədən sonra Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən iki azyaşlıdan biri dünyasını dəyişib, digəri isə reanimasiyaya yerləşdirilib.
Qazax rayon Polis şöbəsindən bildirilib ki, vəfat edən şəxs Birinci Şıxlı kənd sakini 2011-ci il təvəllüdlü Nuray Osmanovadır. Hadisə azyaşlının yaşadığı evdə baş verib.
Əldə etdiyimiz məlumata görə, hazırda reanimasiyada olan azyaşlı Aslanbəyli kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədova Əfsan Niyaz qızıdır. İldırım vurması nəticəsində ağır xəsarət alan qız Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alır.
O xalası qızı Nurayla birlikdə olarkən, hər ikisini ildırım vurub. Nurayın vəziyyəti ağır olduğundan, həyatını xilas etmək mümkün olmayıb.