Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan alimentlə bağlı konvensiyaya qoşulur


Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Layihəni komitənin sədri Əli Hüseynli təqdim edib.

 

O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

 

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də