İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
Buna səbəb sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımların atılmasıdır.
Qərarın nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Tehranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb.