Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Slovakiya-Azərbaycan matçı var


Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

 

Yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

 

Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

 

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

 

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22:45. Slovakiya - Azərbaycan

Baş hakim: Uilyam Kollam

Trnava. Antona Malatinski stadionu

 

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də