Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda internet KƏSİLDİ


İranda keçirilən aksiyalar fonunda internetə giriş məhdudlaşdırılıb.

 

Paytaxt Tehranda və digər böyük şəhərlərdə internet istifadəçiləri yalnız yerli saytlara daxil ola bilirlər.

 

"Reuters" agentliyinin məlumatına görə, hazırda ölkədə "Instagram" və "Whatsapp" platformalarına da daxil olmaq mümkün deyil.

 

Qeyd edək ki, keçən həftə Tehranda əxlaq polisi tərəfindən “uyğun olmayan geyim”ə görə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümü geniş etirazlara səbəb olub. Polis əməkdaşları aksiyalar zamanı etirazçılara qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində ölən və yaralananlar olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də