
Bu gün yerli vaxtla saat 21:57-də Naxçıvan stansiyasından 78 kilometr cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.