ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi (0.75%) artırıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bununla da, uçot dərəcəsi 2.50%-dən 3.25%-ə qaldırılıb.
Federal Açıq Bazar Komitəsinin bəzi üzvləri ilin sonuna qədər uçot dərəcəsinin daha da artırılacağını proqnozlaşdırır.