Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bakcell"də yaranan problem aradan qaldırıldı - YENİLƏNİB


Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.

 

Bu barədə  "Bakcell" şirkəti məlumat verib.

 

"Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - açıqlamada deyilir.

 

***

19:19

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

 

Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

 

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür. Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

 

"Bakcell" şirkətindən bildirilib ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də