“2021-ci ildə 259 yeniyetmə məhkum olunub. Onlardan 249 nəfəri oğlan, 10 nəfəri isə qızdır”.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, həmin yeniyetmələrdən 52 nəfəri 14-15, 207 nəfəri 16-17 yaşında olanlardır.
“Seksual xarakterli zorakılıq hərəkətləri törətmiş 12 yeniyetmə məhkum edilib ki, onlardan 2 nəfəri 14-15, 10 nəfəri isə 16-17 yaşda olanlardır. Ümumilikdə, cinayət törədən 259 yeniyetmənin 226 nəfərinin hər iki valideyni, 26 nəfərinin 1 valideyni var, 7 nəfərinin isə valideynləri barədə məlumat yoxdur. Yeniyetmələr tərəfindən törədilən cinayətlərdən 135 fakt oğurluqla bağlıdır”, - deyə K.Ağazadə vurğulayıb.