Ermənistan Dövlət Müstəqilliyi gününü qeyd edir.
Dövlət Müstəqilliyi günü Ermənistanda əsas rəsmi bayramlarından biridir və hər il 21 sentyabrda qeyd olunur.
21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs verib. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilib. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulub.
Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilib.
2015-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, ölkədə parlament idarəetmə forması tətbiq edilir. Hazırda Ermənistan hökumətinə baş nazir Nikol Paşinyan rəhbərlik edir.
Ölkənin prezidenti Vaaqn Xaçatryandır.
Ermənistan Respublikasının ilk müstəqilliyi 28 may 1918-ci ildə elan edilmişdi. Həmin respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.
Xəbəri paylaş