Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məktubda deyilir: "Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Rusiya və Ermənistan qardaş xalqlardır. 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülhün təmin edilməsi üçün yaxşı əsasdır, bu, Qafqazda təhlükəsizlik üçün vacibdir”.