Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BNA-nın son dəyişikliyini zarafat hesab edə bilərsiniz! - EKSPERT


Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək.

 

Bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

 

"Bu, 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən bir təhlükəsizlik tədbirinə qoşulmaqdır. Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik: Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər: sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq", - Ə.Hüseynov deyib.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 33 küçədə sürət həddinin 30 km/saata salındığını açıqlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də