“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov vəzifəsindən ayrılıb.
Həsən Həsənovla bağlı qərarın bu gün rəsmiləşdiriləcəyi gözlənilir. Eyni zamanda, baş redaktor vəzifəsinə yeni təyinatın da gerçəkləşəcəyi bildirilir.
Qeyd edək ki, Həsən Həsənov 2002-ci ilin aprelindən "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində çalışırdı.