
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Mişel "Twitter" hesabında məlumat paylaşıb.
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində baş tutan görüşdə İran nüvə proqramı çərçivəsində birgə hərtərəfli fəaliyyət planının bərpa olunması müzakirə edilib.