Azərbaycanda “Ailə həkimi haqqında” qanun layihəsinin qəbul edilməsi təklif olunur.
Bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, hazırda ölkəmizdə belə bir qanunun qəbul edilməsinə ehtiyac var.
Komitə sədri Əhliman Əmiraslanov təklifi dəstəkləyib və bunun üçün müvafiq qurumlarla görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Hesab edirəm ki, bu qanuna ehtiyac var. Bununla bağlı müzakirələr aparılmalıdır, xüsusilə, TƏBİB, Səhiyyə Nazirliyinin mütəxəsisləri ilə görüşlər keçirilməlidir”, - deyə deputat vurğulayıb.