Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Dərmanlarla bağlı xeyli narazılıqlar var” - Komitə sədri


“Əhalidə dərman vasitələri ilə bağlı xeyli narazılıqlar var”.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problem mövcuddur:

 

“Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Qardaş Türkiyə ilə müqayisədə dərman qiymətlərində xeyli fərqlər var. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

 

Komitə sədri, həmçinin qeyd edib ki, dializlə bağlı Hesablama Palatası yoxlama həyata keçirib:

 

“Payız sessiyasında bunu çatdırmasaq da, növbəti yaz sessiyasında bununla bağlı dinləmə keçirək. Sədr Sahibə Qafarova ilə söhbət edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də