Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Havada toz duman var


Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova  bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.

 

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də