
Azərbaycan hərbçilərinin sentyabrın 13-də sərhəddəki təxribatlar zamanı məhv etdiyi 42 yaşlı erməni qadın döyüşçü Alisa Melkonyan “Aprel döyüşləri”ndə öldürülən Qaqik Melkonyanın bacısı olub.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Alisa Melkonyan müqaviləli əsgər idi, Geqarkunikdə (Göyçə-red.) ən yüksək və ən soyuq postlardan birində xidmət edirdi. Alisa müharibədə ağır yaralanıb, 3 ay yeriyə bilməyib, lakin müalicə olunduqdan sonra döyüş xidmətinə qayıdıb”, - deyə onun haqqındakı məlumatda bildirilir.
Yaxınlarının verdiyi məlumata görə, Alisa 2016-cı ildə qardaşı öldürüldükdən sonra hərbi xidmətə başlayıb.
Qadının qardaşı Qaqik Melkonyan Tərtər rayonunun Talış kəndi idtiqamətində 4 günlük müharibə zamanı məhv edilmişdi...