Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacı Əliyev yarımfinaldadır


Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gəlib.

61 kq-dakı İslam Bazarqanov 1/8 finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub. 97 kq-dakı Maqomedxan Maqomedov Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də