Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəristiliktəchizat” qışa necə hazırlaşır...


2021-2022-ci il payız qış mövsümü başa çatdıqdan dərhal sonra əvvəlki mövsümün nəticələri və yeni mövsümdə qarşıda duran vəzifələr nəzərə alınmaqla hazırlanmış tədbirlər planına uyğun olaraq “Azəristiliktəchizat” ASC -ə aid bütün təsərrüfatlarda növbəti mövsümə hazırlıqla əlaqədar işlərin icrasına başlanılıb.

 

Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

 

Qurum rəsmisi deyib ki, bu günə qədər bu sahədə əhəmiyyətli işlər görülüb və nəticələr əldə olunub:

 

“Mövsümə hazırlıq tədbirləri çərçivəsində 10 Sentyabr 2022-ci il tarixinə:

 

- 917,57 km və ya 92% istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 7,81 km və ya
32% istilik xətləri əsaslı təmir olunub;

 

- 502 ədəd dirsək, 160 ədəd siyirtmə, 234 ədəd ventil, 1 ədəd nasos yenisi ilə əvəz
edilmiş, 33 qazan aqreqatı, 14 ədəd nasos, 182 ədəd siyirtmə, 18 ədəd mühərrik
əsaslı, 587 ədəd qazan aqreqatı, 1275 ədəd nasos, 8150 ədəd siyirtmə, 1123 ədəd
mühərrik cari təmir edilmiş edilib;

 

- 965 ədəd qazan aqreqatı, 266 dəst istilik mübadilə qurğusu mexaniki üsulla, 71  
ədəd  qazan aqreqatı və 46 istilik mübadilə qurğusu kimyəvi  üsulla təmizlənib;

 

- İstilik xətlərində 1907 m2 istilik örtük qatı təmir olunub və digər  zəruri təmir-bərpa işləri aparılaraq bütün avadanlıqlar tam işçi vəziyyətə gətirilib və hazırda işlər davam etdirilməkdədir. Nəzərdə tutulan işlərin oktyabr ayının 15-20-ə qədər başa çatdırılması nəzərdə tutulub”.

 

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər 563 qazanxana istismar olunmaqla 3879 yaşayış binası, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə obyekti və 2052 digər sosial və təsərrüfat obyektlərini   istiliklə təmin etməyə imkan verəcək:

 

“Bundan başqa, isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və regionlarda 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin,  75 sosial və digər təsərrüfat obyektinin isti su ilə təmin edilməsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, noyabrın 1-dən dağlıq və dağətəyi rayonlarda istilik verilib. Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-də başlayır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də