Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.
Bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib.
Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:
"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi".
Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.