Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur.
Bunu Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.
Nazir bildirib ki, Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat/saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib.
Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını qeyd edib.