Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2022-ci ilin ilk 8 ayında qeydiyyat orqanlarında 40.270 nikah dövlət qeydiyyatına alınıb.
Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) Mətbuat xidmətindən bildirilib.
Rəsmi məlumata görə, hesabat dövründə nikaha daxil olan ən gənc kişi 18 yaşında, ən gənc qadın isə 17 yaşında olub:
“17 yaşlı qadının və 18 yaşlı kişinin ilk nikahı qeydə alınıb”.