
Dövlət Turizm Agentliyi Xocavənd rayonunun Tuğ kəndində bərpa və tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması üçün təkliflər sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 28-i, saat 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 134 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 29-da, saat 12:00-da Bakı şəhəri, Nizami küçəsi 96E ünvanında (I "Landmark" iş mərkəzi) baxılacaq.