
Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) hazırda sahibsiz itlərlə mübarizə ilə təkliflər hazırlayır.
Bunu Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair "dəyirmi masa"da iştirak edən BŞİH-in əməkdaşı Mirtural Mirsultanov deyib.
O qeyd edib ki, sahibsiz itlərin sayı olduqca çoxdur və bununla bağlı bütün müraciətlərə baxırlar. Məsələnin mediada işıqlandırılması da bu baxımdan müsbət hal kimi qiymətləndirilib:
"Hazırda sahibsiz itlər çoxdur. Bu problem təkcə Bakı şəhərini deyil, bölgələri də əhatə edir. Təəssüf ki, bütün sahibsiz itlərlə birdən mübarizə aparmaq mümkün deyil".