Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputata cinayət işi açıldı, axtarışa verildi


III-IX çağırış Ukrayna Ali Radasının deputatı Andrey Derkaç dövlətə xəyanətdə və qanunsuz varlanmada şübhəli bilinir.


Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 

İstintaq müəyyən edib ki, deputat 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb. O, xüsusilə Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq, Amerika Birləşmiş Ştatları ilə diplomatik münasibətləri pisləşdirmək, eləcə də Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını çətinləşdirmək missiyasını həyata keçirməyə çalışıb.

Deputat haqqında cinayət işi açılıb.
 

"Xalq deputatının istintaqdan gizlənməsinə baxmayaraq, onun barəsində axtarış aparılması üçün qərar qəbul edilib. Baş Prokuror sözügedən şəxsin tutulmasına icazə barədə qərar çıxarıb”, - açıqlamada deyilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də