Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu günün HAVASI


Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21°, gündüz 24-27° isti, Bakıda gecə 19-21°, gündüz 24-26° isti olacağı ehtimal edilir.

 

Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-32° isti, dağlarda gecə 8-13° gündüz 15-20° isti olacağı bildirilir.

 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.

 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı bildirilir.

 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimalı var.

 

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-32° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 26-31° isti, dağlarda gecə 14-17°, gündüz 20-25° isti olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də