Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nur-Sultan yenidən Astana olur - Parlament təsdiqlədi


Qazaxıstan parlamenti 7 illik prezidentlik müddəti və paytaxtın adının Nur-Sultandan Astanaya dəyişdirilməsi ilə bağlı konstitusiyaya dəyişiklikləri qəbul edib.

 

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 

 

Sentyabrın 16-da parlamentdə hər iki palatanın birgə iclası keçirilir. İclasın gündəliyinə ölkənin əsas qanununa dəyişikliklərlə bağlı məsələlər daxil edilib.

 

Dəyişikliklər layihəsini Qazaxıstanın ədliyyə naziri Kanat Musin parlamentin deputatlarına və hökumət üzvlərinə təqdim edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də