Ötən həftə dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı 2020-ci il mart ayından bəri minimal səviyyəyə düşüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.
“Ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub”, - ÜST başçısı bildirib.
“Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”, - deyə T.Qebreyesus qeyd edib.