Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın hazırda düşdüyü vəziyyəti şərh edib.
O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
Ekspert Ermənistanın seçim imkanının geniş olmadığını vurğulayıb.
“Ya Ermənistan Prezident İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında Azərbaycanla sülh müqaviləsi imzalayacaq, ya da Ermənistanı xaosa yuvarlanmaq, dövlətçiliyini itirmək və dünyanın siyasi xəritəsindən silinmək gözləyir”, - deyə Korotçenko qeyd edib.