Belarus Prezidenti Aleksandr Lukaşenko biznesmen Sergey Teterinlə birlikdə odun doğrayıb.
Bununla bağlı görüntülər Belarus hökumətinə yaxın “Pul Pervoqo” teleqram kanalında yayılıb.
Drozddakı iqamətgahında Lukaşenko odunları Avropanın soyuqdan donanması üçün doğradığını bildirib.
“Avropanın soyuqdan donmasına imkan verməyəcəyik. Qardaşlarımıza yardım edəcəyik. Elə etmək lazımdır ki, kəndlilər, fəhlələr odun alsınlar, varlılar yox. Əsas odur ki, Duda (Polşa prezidenti) və Moravetski (Polşa baş naziri) soyuqdan donmasın”, - Lukaşenko istehza ilə deyib.