Uşaq evində böyüyən gənc müğənni Hiss (Röya Məmmədova) şəhidimizlə birlikdə fotosunu paylaşıb.
Hiss Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla SOS Uşaq Kəndində birlikdə böyüdüyünü bildirib.
Müğənni “Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!” - deyə paylaşımında qeyd edib.
Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.