
18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılıb. Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.