Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskva İrəvan və Bakı arasında danışıqlar APARIR


Moskva üçtərəfli sazişlərin həyata keçirilməsində Bakı və İrəvana kömək etməkdə davam edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində bildirib.

 

“Rusiya üçtərəfli razılaşmaların həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Müvafiq idarələr və sülhməramlıların komandanlığı vasitəsilə ən yüksək səviyyələrdə bütün müvafiq təmaslar müntəzəm xarakter daşıyır”.

 

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Kremlin mətbuat xidməti vasitəsilə müvafiq açıqlama veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də