Cari ilin 10 dekabr tarixində Moldova mətbuatında Azərbaycanda keçirilmiş Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair məlumat rus və rumın dillərində dərc edilib.
Məlumatda baş tutmuş tədbirdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgərinin iştirak etdiyi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüş etdiyi qeyd edilib, paradda Azərbaycanın müasir hərbi texnikası, ordumuzun məğlub etdiyi düşməndən ələ keçirilmiş qənimətin bir hissəsinin nümayiş etdirildiyi bildirilib.
Eyni zamanda, məlumatda Prezident İlham Əliyevin Zəfər paradında söylədiyi nitqinə istinad edilərək Qarabağda işğal altındakı torpaqları azad etməklə Azərbaycanın istəyinə nail olduğu və tarixi ədaləti bərpa etdiyi vurğulanıb, Azərbaycanın erməni faşizmindən qurtulduğu, 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə son qoymağı hədəf alan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir daha Türkiyənin güclü və birmənalı dəstəyinin şahidi olduğu bildirilib.
Bundan əlavə, yayımlanmış məlumatda Türkiyə prezidentinin Azərbaycanı müharibədəki qələbə münasibətilə təbrik etdiyi, Zəfər paradına dəvətə görə təşəkkür etdiyi, müharibədə canından keçmiş şəhidlərə rəhmət, yaralı əsgərlərə şəfa dilədiyi qeyd edilib, azad edilmiş bütün şəhər və kəndlərin yerlə yeksan edildiyini, bəzilərində Azərbaycan bayrağını qaldırmağa yer olmadığını qeyd edərək buna görə Ermənistanın cavab verəcəyini və hərbi, habelə diplomatik sahədə Azərbaycanın uğur qazanmasında ən böyük xidmətin Prezident İlham Əliyevə məxsus olduğunu vurğuladığı bildirilib.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair məlumat Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN”, “Newsmaker”, “AVA” “Stiri” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanıb.
Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür (https://newsmaker.md/rus/novosti/v-baku-proshel-parad-v-chest-pobedy-v-karabahe-na-nem-prisutstvoval-erdogan-video/