Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan yenə də təxribatlardan əl çəkmir


30 il Azərbaycan ərazilərini işğalda saxlayan və heç bir beynəlxalq hüquqa əməl etməyən Ermənistan yenə də təxribatlardan əl çəkmir. 44 günlük Vətən Müharibəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Bundan sonra bölgədə yeni bir reallıq yarandı. Azərbaycan iki ölkə arasında düşmənçiliyə son qoymaq və bölgədə daimi sülhün formalaşması üçün Ermənistana sülh təklif etdi. Bu müstəvidə iki ölkə arasında Moskva və Brüssel formatlarında görüşlər, danışqlar aparıldı və müəyən razılaşmalar əldə edildi. Amma hər zaman olduğu kimi məkirli xislətinə sadiq olan erməni tərəfi növbəti dəfə açıq şəkildə təxribatlara əl ataraq yenidən gərginliyin davam etməsinə yol açır.

Ermənistanın Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində təxribatlarını şərh edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları mütəmadi olaraq davam edir: “Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqeləri Ermənistan tərəfindən atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır. Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan ərazisinə sızma cəhdləri müəyyən edilib. Azərbaycan əsgərinin ayıq-sayıqlığı nəticəsində onların qarşısı alınıb. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahlar, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi növbəti dəfə təxribata hazırlıq məqsədi güdüb”.

Millət vəkili hesab edir ki, Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ də mövcuddur: “Hələ də Azərbaycanın suveren ərazilərində qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparılır. Amma buna baxmayaraq Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir”.

Aqil Məmmədov Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərbi avantüralarının qəsdən regionda vəziyyəti gərginləşdirməyə hesablandığını söyləyib: “Məqsəd sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqdır. Bununla yanaşı Ermənistan tərəfi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək niyyətindədir. Qarşı tərəf bu cür gərginlik yaratmaqla Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də