Binəqədi rayonunda şəhidin nəşi ailəsinə təhvil verilənədək atası vəfat edib.
Metbuat.az xəbər verir ki, şəhid Vadim Qocayevin nəşi gətirilənədək, atası Alik Qocayev infarkt keçirib, dünyasını dəyişib.Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var.