Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilərin itkiləri ilə bağlı ən son rəqəm

12 sentyabr axşam saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı yeni rəqəm səsləndirilib.

Region tv  axar.az-a istinadən bildirir ki, bu barədə "Qovorit Yerevan" erməni kanalı məlumat yayıb

"Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünün təsdiqləndiyini, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də