Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki jurnalist qətlə yetirildi

Haitidə iki jurnalist qətlə yetirilib. Bu barədə keçmiş senator və Haiti solçu partiyasının lideri Piti-Dessalines Moise Jean Charles məlumat yayıb. O, hadisənin silahlı dəstələrin nəzarətində olan Cité Soleil bölgəsində baş verdiyini bildirib.

“İki gənc jurnalist bazar günü, 11 sentyabrda quldur dəstələrinin qurbanına çevrilmiş 17 yaşlı Kristella adlı qızın ölümü ilə bağlı reportaj hazırlayarkən qətlə yetirliblət”, – Jan Çarlz Tvitter bloqunda yazıb.
 
Siyasətçi əlavə edib ki, dövlət hazırda əhaliyə sülhə görə zəmanət verə bilmir.
 
Bu hadisə ilə Haitidə 2022-ci ildə ölən jurnalistlərin sayı 5-ə çatıb, 2020-ci ildən bu yana ölkədə ümumilikdə 21 media işçisi öldürülüb.

Birləşmiş Millətlər Təşkilatı may ayında Haiti hökumətini bu cinayətləri araşdırmağa çağıraraq, jurnalistlərə qarşı təhdidlərin və qəbul edilən cəzasızlığın bir çox insan hüquqlarının pozulmasına səbəb ola biləcəyini qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də