Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metro QIŞ qrafikinə keçir - Yeni tədris ilinə görə hazırlıq başladı

“Yay mövsümünün başa çatması, yeni tədris ilinin başlanması ilə əlaqədar dünən verilən qərardan sonra “Bakı Metropoliteni”ndə artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq”.
 
Bunu  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
 
B.Məmmədovun sözlərinə görə, yeni tədris ilinin başlanacağı ilə bağlı qərardan sonra “Bakı Metropoliteni”ndə hazırlıq işlərinə başlanılıb:
 
“Bildiyiniz kimi, metropoliten pandemiya vaxtında ən optimal qrafiklə işləyib. Hər zaman məqsədimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. İnanırıq ki, bu istiqamətdə problem olmayacaq”.
 
Qurum rəsmisi deyib ki, yeni qrafik 2023-ci ilin yayına qədər tətbiq ediləcək.
 
Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də