Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İstanbulda ATIŞMA: 4 azərbaycanlı yaralandı

Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.
 
Hadisə Sarıyer rayonunda yerləşən ticarət mərkəzinin kafesində qeydə alınıb.
 
Atışma nəticəsində azı 6 nəfər yaralanıb.
 
Məlumata görə, kafedə iki qrup arasında mübahisə yaranıb. Tərəflərin söz dueli atışma ilə nəticələnib.
 
Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Cinayətin hansı səbəbdən baş verməsi barədə hələlik açıqlama verilməyib. Hazırda polis faktla əlaqədar araşdırma aparır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də