Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə dünən axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini 29 yaşlı Rauf Kamal oğlu Bəkirov “Hyundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Onun idarə etdiyi maşın əvvəlcə qarşıda hərəkətdə olan qoşqulu traktora, sonra əks istiqamətdə gedən “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.