Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenskidən Lavrova cavab: "Ultimatum verənlərlə danışmıram"

Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı şərtlərlə Rusiya ilə danışıqların aparılması imkanının olmadığını bildirib.
 
Bu barədə o, CNN-ə müsahibəsində danışıb. 
 
Zelenski Rusiyanın konstruktiv olmadığını vurğulayıb.
 
Rusiya Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışıb və Zelenski bunu qəbuledilməz hesab edir.
 
"Mən onların konstruktiv olmaq istəyini görmürəm. Bu mənim prinsipimdir, ultimatum verənlərlə danışmıram", - Ukrayna prezidenti CNN-ə deyib.
 
Dövlət başçısı əlavə edib ki, Ukrayna tərəfi sona qədər mübarizə aparacaq və Rusiya ilə Ukrayna arasında saziş yalnız rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından sonra bağlana bilər.
 
Bu gün səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də