Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şantaj olunan sakinlər yolu bağladılar - DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlamağa cəhd etməsinə münasibət bildirib.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun bildirilib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər.
 
"Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib", - açıqlamada deyilir.
 
Qeyd edək ki, Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib. Sakinlərin sözlərinə görə, "Tik-Tok" sosial şəbəkəsində naməlum şəxs və ya şəxslər tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşıb və təhqir olunublar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də