Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əvəz Zeynallıya cinayət işi açıldı - YENİLƏNİB

“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb.
 
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
 
"Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - rəsmi açıqlamada qeyd olunub.
 
***
16:10
 
“Xural” TV-nin rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir. 
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
İddia olunur ki, Ə.Zeynallı bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Hazırda onun ofisində axtarış aparıldığı deyilir.
 
Digər məlumata görə, "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun da ofisində axtarışlara başlanılıb. Vəkil axtarışla bağlı ona Baş Prokuroruqdan zəng edilərək xəbərdarlıq olunduğunu vurğulayıb. 
 
Lakin rəsmi qurumlar Əvəz Zeynallının saxlanılması və axtarışla bağlı hələlik açıqlama verməyiblər.
 
Qeyd edək ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. E. Fətullayev jurnalist Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. Onun sözlərinə görə, məlumat ictimailəşəndən sonra Ə.Zeynallı həmin vəsaiti geri qaytarıb. 
 
Bundan əlavə, E. Fətullayev 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Ə.Zeynallıya çatdırıldığını iddia edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də